Azərbaycan Mərkəzi Bankının kredit kartları ilə bağlı yeni qərarı "Kapital Bank"ın kredit portfelinə təsir etməyib, yeni qərar yeni qərar əhalinin borc yükünün azaldılması ilə bağlıdır.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında bankın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın kredit kartları vasitəsilə verilən kreditlərin əmək haqqının 5 misli qədər məhdudlaşdırılması ilə yanaşı "Kapital Bank"ın da daxili qaydalarında buna bənzər xüsusiyyətlər var:
"Bizim özümüzün də risk siyasətimiz, risk limitlərimiz var. Hansı ki, bu siyasət çərçivəsinə kredit kartları vasitəsilə verilən kreditlərin həcmi əmək haqqının 5 misli çərçivəsinə yaxındır. Mərkəzi Bankın tətbiq etdiyi limitlərlə bizim daxili limitlərimiz yaxın olduğu üçün bu qayda bankın kredit portfelinə təsir etməyib".














