“Bank Melli İran”ın Bakı filialı 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 7,7% - 86 milyon 486,153 min manata qədər azaldıb.
FED.az xəbər verir ki, 2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə bankın kredit portfeli 90,3% - 9 milyon 937,067 min manata qədər artıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 53 milyon 81,523 min manat (31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 4,2%), investisiya qiymətli kağızları 15 milyon 662,547 min manat (azalma 30,2%) təşkil edir.
30 sentyabr 2021-ci tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 48 milyon 143,515 min manata (azalma 14,5%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 22,9% – 20 milyon 174,658 min manatadək, müştəri hesabları 8,1% - 9 milyon 831,512 min manatadək, subordinasoya olunmuş borcu – 5,6% - 17 milyon 751,6 min manatdək azalıb.
Sentyabr ayının sonuna bankın kapitalı 38 milyon 342,638 min manat (artım 2,6%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2021-ci il sentyabrın 30-na bankın xalis zərəri 35 milyon 268,533 min manat (ilin əvvəlindən azalma 2,7%) məbləğində olub.
2021-ci ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 2020-ci ilin analoji dövrü ilə müqayisədə 7,3% - 963,855 min manatadək artıb.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. (İnterfaks)