"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini tam açıqlamayıb. FED.az xəbər verir ki, yalnız balans göstəricilərini açıqlayan Bank mənfəət və zərəri haqqında məlumatları yaymayıb.
Balans hesabatına əsasən, Bank Melli İran Bakı filialı ötən 3 ayda aktivlərini 100 milyon 497 min manatdan 110 milyon 544 min manata qədər artırıb. Beləliklə, 10% artıma nail olub.
Eləcə də bax :Bank yenə zərərdə qaldı - HESABAT
Eləcə də bax: Bank zərərdən mənfəətə keçdi
Bankın müştərilərə 3 milyon 582 min manat kredit verib və əsasən vəsaitini qiymətli kağızlara yerləşdirib. Bu sahəyə qoyduğu investisiyalar 21 milyon 483 min manata qalxıb.
Filialın öhdəlikləri isə 27,6% artaraq 39 milyon 839 manata çıxıb. Öhdəliklərin artmasının əsas səbəbi filialın maliyyə institutları qarşısında öhdəliklərinin artmasıdır.
Bank Melli İran Bakı filialı Martın sonunda 70 milyon 704 min manat cəmi kapitala malik olub.