Azərbaycanda fiziki şəxslərin banklarda yerləşdirdiyi depozitlərin həcmi artmaqda davam edir.
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72,2%-i vә ya 37,202 mln. manat.
FED.az biznes və maliyyə xəbərləri portalı barədə Mərkəzi Banka istinadən xəbər verir.
Depozit portfelinin 57,4%-i (21 milyard 354.3 milyon manat) hüquqi şәxslәrin, 42,6%-i (15 milyard 847,7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.
Fiziki şәxslәrin әmanәtlәrinin 67,5%-i (10 milyard 701,4 mln. manat) milli valyutada, 32,5%-i (5 milyard 146,3 milyon manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62,9%-i (9 milyard 963,9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0,8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3,9% vә ya 218,4 milyon manat artıb.
2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2,7% (4,959 әmanәtçi), ilin әvvәlindәn isә 26,8% (40,409 әmanәtçi) artaraq 190,9 min nәfәri üstәlәyib.
Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 043.9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4,1% vә ya 840,4 milyon manat artaraq 21 milyard 354,3 milyon manat tәşkil edib.











