Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların şöbələrinin sayı 85-ə enib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank şöbələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 ədəd, yəni 3,4% azalıb. Ötən ilin sonuna nəzərən də 3 ədədlik (3,4%) azalma qeydə alınıb. Aylıq müqayisədə isə şöbələrin sayı 2 ədəd, yəni 2,3% azalıb.
Xatırladaq ki, bank şöbələrinin sayı bu ilin noyabrın 1-nə 87, ötən ilin sonunda 88, 2024-cü ilin dekabrın 1-nə isə 88 təşkil edib.












