"Bank BTB"nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib.
Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
FED.az xəbər verir ki, bu barədə Bankdan bildirilib.
Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin edilib.
Bundan əlavə, Bankın İdarə Heyətinin üzvləri Rauf Qurbanov və Zaur Yusifov İdarə Heyəti sədrinin müavinləri təyin edilib.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,5 milyon manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. (Apa)