Azərbaycanın aparıcı banklarından olan «Bank BTB» ASC ötən il işçilərinin bir hissəsini ixtisar edib.
“Bank Melli İran”ın Bakı filialı birinci yarımillikdə aktivlərini - 3% Azaldıb - HESABAT
FED.az xəbər verir ki, 2019-cu ilin sonunda bankda 389 nəfər çalışdığı halda 2020-ci ilin sonunda bu rəqəm 332 nəfərə enib.
Başqa sözlə, bir il ərzində bank əməkdaşlarının sayı 14,6% azalıb. Bu ötən il yerli banklar arasında sektorunda işçi sayının ən böyük azalma hallarından biridir.
2020-ci ildə bankın əmək haqqı xərcləri də aşağı düşüb. Belə ki, 2019-cu ildə bankın əmək haqqı xərcləri 7 milyon 568 min manat olduğu halda, 2020-ci ildə 7 milyon 062 min manata düşüb.