FED.az Azərbaycanın kiçik banklarından olan «Bank BTB»nin gəlir mənbələrini təqdim edir.
«Bank BTB» «kiçilir», yenə böyük zərər açıqladı – KAPİTALI NORMADAN AŞAĞI DÜŞDÜ – HESABAT
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Bank BTB»nin gəlirləri 17 milyon 701 min manat təşkil edib.
Bu bankın başqalarından əsas fərqi odur ki, «Bank BTB»ın gəlir mənbələri məhduddur.
Bankın əsas gəlirləri iki istiqaiətin üzərində qurulub – kredit portfelindən daxil olan faizlər və komissiya haqları. Kredit portfeli bütün gəlirlərin 85%-ni təmin edir, qalan 15-17% isə komissiya haqlarının payına düşür.
Bankda qiymətli kağızlardan, başhqa bankları depozit və ya valyuta əməliyyatlarından gəlirləri demək olar ki, yoxdur. Yeganə cüzi gəlir maddəsi başqa banklara kreditlərdir ki, bank 6 ayda bu maddədən 42 min manat gəlir əldə edib.
Ümumiyətlə, «Bank BTB»nin gəlirlərinin 83%-i faiz, 17%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
13 312 |
83% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
42 |
- |
Komissiya haqları |
2 704 |
17% |
Valyuta əməliyyatlarından gəlirlər |
- |
- |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
15 701 |
100% |