Azərbaycan bankları 2022-ci ilin 2-ci rübünün yekunlarını açıqlayırlar və artıq bir bank ilk yarım ili zərərlə başa vurduğunu elan edib.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Azərbaycanın ən böyük bankı borclarını sürətlə qaytarır - YÜKSƏK MƏNFƏƏT AÇIQLADI – BANK HESABATI
«ASB Bank» «kiçilib», bankdakı depozitlər azalıb – HESABAT
"Bank BTB" işçi axtarır - VAKANSİYA
FED.az xəbər verir ki, «Bank BTB» 2-cü rübü 5 milyon 274 min manat zərərlə başa vurub.
Bankın hesaabatından aydın olur ki, hesabat dövründə Bank BTB-nin faiz gəlirləri 12 milyon 997 min manat, faiz xərcləri 8 milyon 35 min manat təşkil edib.
Nəticədə bankın xalis faiz gəliri 4 milyon 962 min manat olub.
2-ci rübün yekununa bankın qeyri-faiz gəlirləri 2 milyon 704 min manat, qeyri-faiz xərcləri 7 milyon 592 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 74 min manat təşkil edib.
Əvəzində bank aktivlər üzrə mümkün zərərlərdəq qorunmaq üçün 5 milyon 348 min manat ehtiyat yaratmalı olub.
Nəticədə 2-ci rübün sonuna bankın xalis zərəri 5 milyon 274 min manat olub.
Halbuki ki, bank ötən ilin eyni dövrünü 538 min manat mənfəəllə başa vurmuşdu.
Xatırladaq ki, Bank BTB 2022-ci ilin 1-ci rübünü də zərərlə bitirmişdi.
2022-ci ilin 2-ci rübünün nəticələrinə görə, Bank BTB-nin aktivləri 354,4 milyon manat olub. Bu – ilin əvvəli ilə müqayisədə 6 milyon manat azdır.
Kredit portfeli 238,3 milyon manat təşkil edib. İlin əvvəlindən bəri kredit portfeli 13 milyon manat azalıb.
Bankın əsas vəsaitləri isə təqribən 68 milyon manat olub.
Hesabat dövründə bankın öhdəlikləri 304,6 milyon manat təşkil edib. Bankın ümumi depozit portfeli 140 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bankın depozitləri 7 milyon manat və ya 5% azalıb.
Bank BTB üçün həyacan siqnalı bankın kapitalı ilə bağlıdır. 2022-ci ilin 2-ci rübünün nəticələri üzrə bankın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5 milyon manat azalaraq 49 milyon 755 min manata düşüb. Bu - Mərkəzi Bankın 50 milyon manatlıq kapiital tələbindən aşağıdır.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində bankın cəmi kapitalı 55 milyon manat idi.