FED.az Azərbaycanın kiçik banklarından olan “Bank BTB”nin gəlir mənbələrini təqdim edir.
«AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ – MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Bank BTB”nin gəlirləri 27 milyon 557 min manat təşkil edib.
Bu məbləğin böyük hissəsi – 21 milyon 621 min manatı və ya 78%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Bu bankın başqalarından əsas fərqi odur ki, “Bank BTB”ın gəlir mənbələri məhduddur.
Kredit portfeli bütün gəlirlərin 78%-ni təmin edir, qalan 22% isə digər mənbələrin payına düşür. Bank ölkənin bank sistemində 19-cu yeri tutur.
İkinci ən böyük gəlir mənbəsi digər qeyri-faiz gəlirlərindən formalaşıb – 3 milyon 595 min manat və ya ümumi gəlirlərin 13%-i. Digər faiz gəlirlərindən isə ümumilikdə 1 milyon 614 min manat gəlir əldə edib ki, bu da ümumi gəlirin 6%-ini əhatə edir .
Komissiya haqqı üzrə formalaşan gəlir bütün gəlirlərin 2%-lik hissəsini əhatə edib – 674 min manat.
Bank digər banklara kredit ayıraraq 53 min manat qazanıb, bütün gəlirlərin 1%-i bu mənbədən yaranıb.
Bankda qiymətli kağızlardan, başqa banklardan depozit və ya valyuta əməliyyatlarından gəlirləri demək olar ki, yoxdur.
Ümumiyətlə, “Bank BTB”nin gəlirlərinin 85%-i faiz, 15%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
21 621 |
78% |
Komissiya haqları |
674 |
2% |
Valyuta əməliyyatlarından gəlirlər |
- |
- |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
53 |
1% |
Digər faiz gəlirləri |
1 614 |
6% |
Digər qeyri-faiz gəlirləri |
3 595 |
13% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
27 557 |
100% |