FED.az Azərbaycanın aparıcı banklarından olan “AFB Bank”nın gəlir mənbələrini təqdim edir.
«Bank Avrasiya» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “AFB Bank”ın gəlirləri 23 milyon 527 min manat təşkil edib. “AFB Bank”ın göstəricilərinə baxdıqda məlum olur ki, ölkə bankları arasında gəlirlərini şaxiləndirməyi bacaran banklar arasındadır və ölkənin bank sistemində 20-ci yerdədir .
Belə ki, bankın gəlirinin çox hissəsi – 13 milyon 219 min manatı və ya 56%-i kredit portfeli üzrə faizlərdən daxil olub.
Gəlirlərin 22%-ni və ya 5 milyon 125 min manatını komissiya haqları təşkil edir. Yeri gəlmişkən, “AFB Bank” komissiya haqlarını gəlirlərdə ciddi yer tutduğu banklardandır.
Bankın valyuta əməliyyatlarından əldə etdiyi vəsait 1 milyon 155 min manat ümumi gəlirin 5%-i , qiymətli kağızlardan gəlirləri isə təqribən 1 milyon 672 min manat ümumi gəlirin 7%-i qədər olub.
“AFB Bank” başqa banklarda depozitdən 1 milyon 611 min manat gəlir əldə edib bu da öz növbəsində ümumi gəlirlərin 7%-i deməkdir.
Digər faiz və digər qeyri-faiz gəlirlərindən isə ümumilikdə 745 min manat gəlir əldə edilib ümumi gəlirin 3%-i qədər .
Ümumiyətlə, “AFB Bank”ın gəlirlərinin 86%-i faiz, 14%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
13 219 |
56% |
Komissiya haqları |
5 125 |
22% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 155 |
5% |
QK-a investisiyadan gəlir |
1 672 |
7% |
Digər banklara depozitlərdən gəlirlər |
1 611 |
7% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Digər faiz gəlirləri |
470 |
2% |
Digər qeyri-faiz gəlirləri |
275 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
23 527 |
100% |