FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
Bank Avrasiya 2024-cü ildə ümumilikdə 17 722 000 manat gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 396 000 manat və ya 2,2% azdır. 2023-cü il bankın gəliri 18 118 000 manat təşkil edirdi.
"Bank Avrasiya" ötən ili uğursuz başa vurdu - BANK BİR AZ DA KİÇİLDİ
Kredit faizlərindən əldə edilən gəlirlər ümumi gəlirin 71%-ni təşkil edərək 12 718 000 manat olub. 2023-cü ildə isə bu məbləğ 12 439 000 manat idi və ümumi gəlirin 69%-nə bərabər idi. Artım 279 000 manat və ya 2,2% olub.
Komissiya gəlirləri 2024-cü ildə 787 000 manat təşkil edib və ümumi gəlirdəki payı 4% olub. 2023-cü ildə isə bu rəqəm 2 026 000 manat idi və ümumi gəlirin 11%-nə bərabər idi. Nəticədə illik müqayisədə 1 239 000 manat və ya 61,1% azalma müşahidə edilib.
Valyuta əməliyyatlarından əldə edilən gəlirlər 2024-cü ildə 452 000 manat olub və ümumi gəlirin 3%-ni təşkil edib. 2023-cü ildə isə bu göstərici 274 000 manat idi və ümumi gəlirdəki pay 2% idi. Beləliklə, artım 178 000 manat və ya 64,9% təşkil edib.
Qiymətli kağızlardan faiz gəlirləri bir ildə 730 000 (81,3%) manat azalaraq 167 000 manata düşüb. Nəticədə ümumi gəlirdəki pay 5%-dən 1%-ə enib.
Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlir 2024-cü ildə 1 321 000 manat təşkil edib və ümumi gəlirin 7%-nə bərabər olub. 2023-cü ildə isə bu göstərici 1 143 000 manat idi və ümumi gəlirdəki pay 6%-ə bərabər idi. Burada cəmi 178 000 manat və ya 15,5% azalma qeydə alınıb.
Digər banklardan kredit gəlirləri 2023-cü ildə 524 000 manat olduğu halda, 2024-cü ildə 445 000 manata qədər azalıb. Azalmaya baxmayaraq ümumi gəlirlərdəki pay 2%-dən 3%-ə qalxıb. Azalma 79 000 manat və ya 15% təşkil edib.
Digər faiz gəlirləri 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq 460 000 manata çatıb və ümumi gəlirin 3%-ni təşkil edib. 2023-cü ildə isə bu göstərici 778 000 manat idi və gəlirdəki pay 4%-ə bərabər idi. Azalma 318 000 manat və ya 40,8% olub.
Digər qeyri-faiz gəlirlərinin də həcmi artıb 2023-cü ildə bu mənbə banka cəmi 37 000 manat qazandırmışdısa 2024-cü ildə bu göstərici 1 372 000 manata qalxıb. 2023-cü ildə digər qeyri-faiz gəlirlərinin ümumi gəlirlərdə ki, payı 1% idi 2024-cü il isə bu göstərici 8%-ə çatıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
12 718 |
71% |
Komissiya haqları |
787 |
4% |
Valyuta əməliyyatlarından gəlirlər |
452 |
3% |
QK-a investisiyadan gəlir |
167 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 321 |
7% |
Digər banklara kreditlərdən gəlirlər |
445 |
3% |
Digər faiz gəlirləri |
460 |
3% |
Digər qeyri-faiz gəlirləri |
1 372 |
8% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
17 722 |
100% |