FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Avrasiya”nın gəlir mənbələrini təqdim edir.
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Bank Avrasiya”nın gəliri 8 milyon 450 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 21-ci yeri tutur.
Gəlirlərin ən çoxhissəsi 74% hissəsi - 6 milyon 271 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub.
Bankın ikinci böyük gəlir mənbəyi komissiya haqlarıdır – bu mənbə bankı 981 min manat və ya bütün gəlirlərin 11%-i ilə təmin edib.
Bundan başqa valyuta əməliyyatlarından gəlirlər 137 min manat olub, bu bankın bütün gəlirlərinin 2%-i deməkdir.
Qiymətli kağızlar bazarına yatırımlar isə banka 127 min manat gəlir təmin edib – ümumi gəlirlərin 2%-i.
Daha 455 min manat və ya ümumi gəlirlərin 6%-ni “Bank Avrasiya” başqa banklara ayırdığı kreditlər və depozitlərdən əldə edib.
Digər faiz gəlirləri üzrə 457 min manat yəni ümumi gəlirlərin 4%-i , digər qeyri-faiz gəlirləri üzrə isə 22 min manat yəni ümumi gəlirlərin 1%-i həcmində gəlir əldə edib .
Ümumiyyətlə, “Bank Avrasiya”nın gəlirlərinin 88%-i faiz, yalnız 12%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 6 271 | 74% | 
| Komissiya haqları | 981 | 11% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 137 | 2% | 
| QK-a investisiyadan gəlir | 127 | 2% | 
| Digər banklara depozitlərdən gəlirlər | 216 | 3% | 
| Digər banklara kreditlərdən gəlirlər | 239 | 3% | 
| Digər faiz gəlirləri | 457 | 4% | 
| Digər qeyri-faiz gəlirləri | 22 | 1% | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 8 450 | 100% | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








