Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Katılım Bankaları Birliyinin (TKBB) Baş katibi İsmail Vuralın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanda Türkiyənin ödəniş sistemi - FƏALİYYƏTƏ BAŞLAYACAQ
KOBİA-dan FED.az-a bildirilib ki, görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışına, bu sahədə hər iki ölkənin mövcud maliyyə alətlərinə, alternativ maliyyələşdirməyə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.