Türkiyənin Turan Teknoloji Anonim Şirketi (Turan) ödəniş sistemi Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almağı planlaşdırır.
Ödənışlər bazarında rəqabət qızışır - DAHA 5,4 MİLYON MANAT QOYULDU
FED.az xəbər verir ki, bu barədə "United Payment" MMC-nin baş direktoru Edqar Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda artıq "Turan Teknoloji" MMC şirkəti yaradılıb.
"Azərbaycanın tənzimləyici orqanı tərəfindən müvafiq qanunvericilik aktları qəbul edildikdən sonra elektron pulqabı xidməti göstərməyə başlayacağıq. Azərbaycandan sonra digər türkdilli ölkələrdə, xüsusən Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da Turan nümayəndəliyi açmağı planlaşdırırıq. Hesab edirik ki, bu, ölkələrimizin iqtisadiyyatlarını yaxınlaşdıra biləcək, həmçinin türkdilli ölkələr arasında pul köçürmələrini sadələşdirməyə imkan verəcək", - deyə o qeyd edib.
Bundan başqa, E.Abdullayevin sözlərinə görə, bu gün "Turan" vasitəsilə Türkiyədən Azərbaycana pul köçürmələri həyata keçirmək mümkündür.
"Azərbaycandan da Türkiyəyə pul köçürmələrinin təşkili üçün banklarla və Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparılır", - deyə o əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında "Turan" vasitəsilə Türkiyədən Azərbaycana ümumi dəyəri bir milyon manata yaxın olan altı mindən çox tranzaksiya həyata keçirilib. (Trend)