2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, Bakıda bankomatların sayında azalma, regionlarda isə artım baş verib.
Azərbaycanda bank kartlarının sayı - 2,1 MİLYON ƏDƏD ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövrünün sonuna ölkədə 3 068 ədəd bankomat var. Bunun 1591-i Bakıda, 1477 bankomat isə regionlarda yerləşir.
Qeyd edək ki, son bir ayda ölkədə bankomatların sayı 6 ədəd azalıb.
Azalma Bakıdakı bankomatların hesabına baş verib, bir ay əvvəl paytaxtda 1607 bankomat olduğu halda, hazırda bu rəqəm 16 ədəd az, 1591-dir. Regionlarda isə bankomatların sayı bir qədər də artaraq 1467 ədəddən, 1477 ədədə yüksəlib.