Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin 1-ci rübünün yekunu üzrə bank sektoru ilə bağlı əsas məlumatları açıqlayıb.
Azərbaycan bankları 3 ay ərzində - 268 MİLYON MANAT QAZANIBLAR
FED.az xəbər verir ki, bu məlumatlar AMB-nin təqdim etdiyi ənənəvi aylıq Statistik Bülletendə yer alıb və yanvar-mart aylarını əhatə edir.
AMB-nin məlumatına görə, mart ayının sonuna bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil edib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə kartların sayenda 17,9% artım var.
Ödəniş kartlarında artım debet kartları üzrə 16,6%, kredit kartları üzrə 27% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1,5 mln. ədəd artıb.