Bakı Metropoliteni 2016-ci ildə lisenziyaları ləğv edilmiş 2 bankda saxlanılan 3,7 milyon manat vəsaiti hələ ala bilməyib.
Bu barədə FED.az "Bakı Metropoliteni" QSC-nin illik maliyyə hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, şirkətin cari bank hesablarına 2016-cı ildə müflisləşmiş 2 bankda saxlanılan 3 milyon 709 min manat məbləğində pul vəsaiti qalıqları daxildir. Vəsaitlərin bərpası ilə bağlı rəsmi tələblərin irəli sürülməsinə baxmayaraq, maliyyə hesabatlarının buraxılması tarixinə həmin qalıqlar bərpa olunmadığından, onlarla bağlı gözlənilən kredit zərərləri tanınıb.
Məhdudiyyət qoyulmuş pul vəsaitləri xarici təchizatçılara ödənişlər üzrə zəmanət kimi girov qoyulmuş bank qalıqlarından ibarətdir və təchizatçılar və banklarla bağlanmış müqavilələrə əsasən onlara çıxış məhdudlaşdırılıb.












