“Azərbaycan Sənaye Bank”ının maliyyə vəziyyəti məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yekununa olan məlumata görə, bankın xalis mənfəəti 7 milyon 689 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 3 milyon 743 min manat və ya 2 dəfə çoxdur.
Eləcə də bax:Azərbaycan bankı 135 milyon - MƏNFƏƏT AÇIQLADI
2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 28 milyon 284 min (13,64% çox), faiz xərcləri 15 milyon 881 min manat (18,94% çox), qeyri-faiz gəlirləri 10 milyon 361 min manat (3,8 dəfə çox), qeyri-faz xərcləri12 milyon 976 min manat (4,25% çox) təşkil edib. . Əməliyyat mənfəətindən 119 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb və 1 milyon 979 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 7 milyon 689 min manat xalis mənfəət ilə başa vurub.
Bankın 2019-cu ildə cəmi aktivləri 985 milyon 152 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 162 milyon 841 min manat və ya 19,8% çoxdur.
Bank müştərilərinə 2018-ci illə müqayisədə 45 milyon 453 min manat və ya 15,9% çox kredit verib. Belə ki, bank 2019-ci ildə müştərilərinə 331 milyon 402 min manat , 2018-ci ildə isə 285 milyon 949 min manat kredit verib.
2019-cu ildə banka yatırılan depozitlərin məbləği 715 milyon 128 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 156 milyon 767 min manat və ya 28% çoxdur. Belə ki, 2018-ci iləd banka yatırılan depozitlərin cəmi məbləği 558 milyon 330 min manat təşkil edib.
“Bank Avrasiya”nın öhdəlikləri 2018-ci illə müqayisədə 155 milyon 217 min manat və ya 21,2% çoxdur. Belə ki, 2018-ci ildə bankın öhdəlikləri 730 milyon 282 min manat təşkil edib. 2019-cu ildə isə bu rəqəm 885 milyon 499 min manat təşkil edib.
2018-ci ildə bankın cəmi kapitalı 92 milyon 029 min manat olub. 2019-cu ildə bu rəqəm 7 milyon 623 min manat və ya 8,2% artaraq 99 milyon 652 min manat olub.