2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi ipoteka kredit portfeli 4 milyard 271,4 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 18,3 milyon manat (0,4%), illik müqayisədə 579,4 milyon manat (15,7%) böyüyüb.
Qeyd edək ki, ümumi ipoteka kredit portfeli 2025-ci ilin fevralın 1-nə 4 milyard 253,1 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 692 milyon manat təşkil edib.