2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi istehlak kredit portfeli 8 milyard 544 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 7,7 milyon manat (0,1%) az, illik müqayisədə 1 milyard 466,7 milyon manat (20,7%) böyüyüb.
Qeyd edək ki, ümumi istehlak kredit portfeli 2025-ci ilin fevralın 1-nə 8 milyard 551,7 milyon manat, ötən ilin eyni dövrünə 7 milyard 77,3 milyon manat təşkil edib.