Bu ilini fevralın birinə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 803 min nəfər olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Müştərilərin 14 milyon 661 min nəfəri fiziki, 712 min nəfəri sahibkarlıqla məşğul olanlar 142,5 min nəfəri isə hüquqi şəxslərdir.
Əvvəlki illə müqayisədə bank müştərilərinin ümumi sayı 1 milyon 183 min nəfər (8,7%), onlardan fiziki şəxslər 1 milyon 182 min nəfər (8,8%), sahibkarlıqla məşğul olan şəxslər 76,6 min nəfər (11,9%), hüquqi şəxslərin sayı 1239 nəfər (0,9%) artıb.