2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 2% və ya 249.1 mln manat artaraq 12 mlrd. 831.2 mln. manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Fiziki şəxslərin əmanət portfelinin 55.4%-i (7 mlrd.113.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,499.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.8 faiz bəndi azalaraq 35% təşkil edib.