Oktyabrın 20-də Yelo Bank ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutdu.
Eləcə də bax: ""Yelo Bank" 9 ayın yekunları üzrə 11 milyon manatdan çox xalis mənfəət əldə edib"
Bankdan FED.az-a verilən məlumata görə, tədbirdə Bankın bütün səhmdarları, Azərbaycan Respublikası Mərkəzi Bank rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak etdi.
H.Zərdabi prospekti 81K ünvanında yerləşən müasir ofis binası bankın yeni "Parlaq Bankçılıq" konsepsiyasına uyğun olaraq təmir edilib.
Bina geniş ofis sahəsi, rahat iş yerləri, böyük akt zalı, kitabxana, idman zalı və yeməkxana da daxil olmaqla öz funksionallığı ilə seçilir. Qeyd olunanların hamısı əməkdaşlara iş məsələlərini həll etməklə bərabər, ünsiyyət, sosiallaşma , qarşılıqlı əlaqə və görüşlər üçün də imkan yaradır.
Açılışda çıxış edən Vahid Ələkbərov bu ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu ifadə edib:
“Yelo Bank, missiyası həm kiçik və orta sahibkarlığa dəstək göstərməkdən, həm də Azərbaycan əhalisinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etməkdən ibarət olan müasir bir brenddir.
Bu gün gördüyümüz hər bir şey komandanın peşəkarlığını sübut edir. Yelo Bank rəhbərliyi və kollektivini bu əlamətdar hadisə münasibəti ilə bir daha təbrik edirəm, hər kəsə uğurlar və qoyulmuş hədəflərə çatmağı arzulayıram".
Mərkəzi Bankın sədri cənab Elman Rüstəmov yeni baş ofisin açılışı münasibətilə bank kollektivini təbrik edib və rebrendinq prosesindən sonra Yelo Bankın əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini bildirib.
Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova uzun müddətdir gözlənilən yeni baş ofis açılışının Bankın rebrendinq prosesinin məntiqi nəticəsi olduğunu qeyd edib:
"Baş ofis istənilən təşkilatın ürəyi və beyin mərkəzidir. Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, komandamız üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik".
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov baş ofis açılışının yeni strategiyanın həyata keçirilməsində növbəti addım olduğunu təsdiqləyib:
“Bank xidmət səviyyəsində artıq keyfiyyətcə yeni mərhələyə çatıb. Yeni strategiyamıza əsasən iqtisadiyyatın real sektorunu dəstəkləməyə davam edəcəyik. Həmçinin, müştərilərimizin bank təcrübəsini təkmilləşdirmək üçün yeni innovativ həllər axtararaq pərakəndə bankçılığı da fəal şəkildə inkişaf etdirəcəyik.
Əsas strateji biznes hədəflərimizin reallaşdırılmasında Banka göstərdiyi əvəzsiz dəstəyə görə çox hörmətli Vahid Ələkbərova təşəkkür etmək istəyirəm”.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq