"Yelo Bank” ASC 2021-ci ilin 9 ayı üzrə 11,4 milyon manat xalis mənfəət əldə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
O əlavə edib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bankın aktivləri 27% artaraq 496 milyon manata çatıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.