ABB (Azərbaycan Beynəlxalq Bankı) Türkiyənin iri inşaat şirkəti "Sur Yapı" ilə əməkdaşlığı genişləndirir.
FED.az xəbər verir ki, bunu ABB-də Korporativ Müştərilərlə Əlaqələr Departamentinin rəhbəri Taleh Abbasov bildirib.
Azərbaycanın ən böyük bankı daha da güclənib - BÖYÜK MƏNFƏƏT - HESABAT
"Türkiyə növbəti səfərimiz çərçivəsində ölkənin daşınmaz əmlak sahəsində marka olan SUR YAPI şirkəti ilə görüşdük. Sur Yapı və KONUTDER-in İdarə Heyətinin sədri Hörmətli Altan Elmas bəy ilə SUR YAPI və ABB arasında qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi, yeni layihə və inkişaf istigamətləri müzakirə edildi", - Abbasov məlumat verib.
"Sur Yapı", 1992-ci ildə yaradılandan bəri bir çox mötəbər layihələri uğurla həyata keçirmiş və tikinti sənayesində lider mövqeyə yüksəlmişdir. (Marja)