Biz hesab edirik ki, Azərbaycanın bank sistemi sabitdir, vaxtı keçmiş kreditlərin həcmi azalır və 2022-ci ilin mayında 3,6%-ə çatıb.
Eləcə də bax: “S&P” Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu barədə «S&P Global Ratings» beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
«Hərçənd ki, «kölgə iqtisadiyyatı»nın böyük olması bankların baza aktivlərinin həqiqi keyfiyyətini qiymətləndirməyə mane olur»-deyə hesablamada bildirilir.
Agentlik ekspertləri bildirir ki, Azərbaycanın maliyyə sektoru kiçikdir və ÜDM-nin 50%-dən də azdır.
Bunun yaxşı tərəfi odur ki, maliyyə sektorunun hökumət üçün yaradacağı risklər də kiçikdir.
«Maliyyə sektorunun kiçik olması hökumət üçün şərti öhdəliklər riskini məhdudlaşdırır»-deyə açıqlamada deyilir.
Bununla yanaşı, SP analitikləri bank sektorunun zəif tərəflərini də xatırladıblar. «Azərbaycanın bank sistemində struktur zəiflikləri qalmaqdadır. Buraya əvvəlki kimi yüksək olan dollarlaşma səviyyəsi, zəif idarə etmə və beynəlxalq kontekstdə şəffaflığın az olması aiddir». Bundan başqa, SP ekspertləri hesab edir ki, bank sektorunda kreditləşmə və anderraytinq standartları lazım olandan daha yumşaqdır.