Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 99,6 milyon manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 milyon manat və ya 10,3 % çoxdur.
Ötən ilin yanvar ayında bank sektoru 90,3 milyon manat xalis mənfəət əldə etmişdi.