“Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib. Kapital səviyyəsi və bankların gəlirliliyi yaxşılaşıb”. Bunu Azərbaycan bank sektoru ilə bağlı vəziyyəti eksklüziv olaraq şərh edən Beynəlxalq Valyuta Fondunun (IMF) ölkə üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.
Eləcə də bax:Böyük məbləğdə zərərlə bağlı - BANKDAN AÇIQLAMA
“Bu yaxınlarda elan edilmiş qeyri-performanslı kredit (nonperforming loan–NPL) proqramı həm borcalanların, həm də bankların balans hesabatlarının yaxşılaşdırılmasına kömək edəcək. Bununla yanaşı FED.az xəbər verir ki, bank sisteminin sağlamlığının yaxşılaşdırılması və dayanıqlığının gücləndirilməsi üçün əlavə addımlar atılmalıdır. Bu addımlar hərtərəfli olmalıdır, o cümlədən NPL problemlərinə qarşı geniş əsaslı bir yanaşma olmalıdır. Sektorda inkişaf etmiş rəqabət də vacibdir", - missiyasının rəhbəri qeyd edib.
Onun sözlərinə görə, IMF hökumətin “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-ni ən qısa müddətdə özəlləşdirmək niyyətini dəstəkləyir və xarici investor tapmaq seçimlərdən biri olacaq”.
N.Tamirisa hesab edir ki, ABB-nin özəlləşməsinə xarici maliyyə institutlarının cəlb edilməsi mümkündür:
Xatırladaq ki, Azərbaycan hökuməti 2016-cı ildən etibarən ABB-nin sağlamalaşdırılması prosesini həyata keçirir. Bankın özəlləşməsi prosesinə hökumət xarici maliyyə institutlarını da cəlb etmək niyyətindədir. Azərbaycan Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamçasında bu prosesdə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maraqlı olduğunu açıqlamışdı. EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte isə mediaya açıqlamasında bildirib ki, təmsil etdiyi maliyyə institutu ABB-də 5-25% arasında pay ala bilər.