"Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir. Təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi - HHİ2 bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır".
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın “Maliyyə sabitliyi hesabatı – 2021” hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, təmərküzləşmənin aşağı və orta səviyyələrdə olmasına baxmayaraq son 3 ildə sektorda təmərküzləşmənin artımı müşahidə olunur.
HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500><HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHIın dəyəri 0-10000 arasında dəyişə bilər. (Marja)