Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunda hüquqi şəxslərin depozitləri 19,722,7 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 82,5 milyon manat və ya 0,4% azdır.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunda hüquqi şəxslərin depozitləri 19 805,2 milyon manat təşkil edib.