Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin tələbli depozitləri 5 584,5 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 832,5 milyon manat və ya 17,5% çoxdur.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin tələbli depozitləri 4 752 milyon manat təşkil edib.