Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin müddətli depozitləri 6 691,5 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 811,5 milyon manat və ya 13,8% çoxdur.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunda fiziki şəxslərin müddətli depozitləri 5 880 milyon manat təşkil edib.