Bu ilin iyunun 1-nə (may ayının yekunu) Azərbaycanın bank sektorunun cəmi aktivləri 56,549.7 milyon manata çatıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü (49,147.5 milyon manat) ilə müqayisədə 7,402.2 milyon manat və ya 15.1% artım deməkdir. Aktivlərin xarici valyutada olan hissəsi isə 2,861.9 milyon manat (17.6%) artaraq 16,289.0 milyon manatdan 19,150.9 milyon manata yüksəlib.