31 oktyabr 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 46,146.6 mln. manat, cəmi öhdəlikləri 40,233 mln. manat, balans kapitalı 5,913.6 mln. manat olmuşdur. Oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1.4% və 1.8% artmışdır.
Müflis bankın dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri tam məbləğdə ödəniləcək
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
«Tam Kart», «Birkart», «Leo kart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabr ayında bankların kredit portfeli 0.8% və ya 177.8 mln. manat artaraq 22,459.7 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (12,246.4 mln. manat); ıı) istehlak kreditləri – 30.1% (6,751.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (3,462 mln. manat). Ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 mln. manat (+1.4%) və 71.2 mln. manat (+1.1%) artmış, ipoteka kreditləri isə 61.1 mln. manat azalmışdır. İpoteka portfelinin azalması bağlanmış bankla bağlı olmuşdur. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülmüşdür.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.2%-i və ya 33,081.9 mln. manat. Depozit portfelinin 62.9%-i (20,810.8 mln. manat) hüquqi şəxslərin, 37.1%-i (12,271.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətlərində baş vermiş 1.2% və ya 147.3 mln. manat məbləğində azalma bağlanmış bankla bağlı olmuşdur. Qeyd olunan amil nəzərə alınmadan, cari ilin oktyabr ayında bankların əmanət portfeli 1.2% və ya 145.8 mln. manat artmışdır.
Fiziki şəxslərin əmanət portfelinin 53.8%-i (6,597.7 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,833.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında ilin əvvəlinə nəzərən 4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 35.2% təşkil etmişdir.
2023-cü ilin 10 ayında banklar 908.2 mln. manat xalis mənfəət, 1,369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.
31 oktyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 471, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,018 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 238 nəfər azalaraq 23,292 nəfər təşkil etmişdir. Ay ərzində bankların filial, şöbə, ATM və işçi saylarında müşahidə olunan azalma “Muğan Bank” ASC-nin bank lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur.