2024-cü ilin ilk ayı ərzində Azərbaycanda internet bankçılıq üzrə 18 milyard 306 milyon manat həcmində 1 milyon 485 min əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 1 milyard 557 milyon manat (9,3%) artasa da, say ifadəsində 137 min ədəd (8,4%) azalıb.
2023-ci ilin eyni dövründə 16 milyard 749 milyon manatlıq 1 milyon 622 min əməliyyat aparılmışdı.
İnternet bankçılıq üzrə 1 əməliyyatın orta hesabla həcmi 12 min 327 manat, əvvəlki ilin eyni dövründə isə 10 min 326 manat təşkil edib (Son bir ildə 2 006 manat artım).