Azərbaycanda İran Milli Bankının bağlanma ehtimalı ilə bağlı sualı aydınlıq gətirilib.
Azərbaycandakı İran bankının vəziyyəti məlum oldu – HESABLARDAN 1 MİLYON DOLLAR ÇƏKİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb.
O qeyd edib ki, Mərkəzi Bankın gündəliyində belə bir məsələ yoxdur: “Bizə belə bir müraciət daxil olmayıb”.