Azərbaycanda fəaliyyət göstərən yeganə İran kapitallı bank - Bank Melli İranın Bakı filialı 2021-ci ilin 1-ci rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax : “Unibank” ötən il səhmdarlarına 5 milyon manatdan çox - Dividend Ödəyib
FED.az xəbər verir ki, yanvar-mart aylarında Bankın gəlirləri 784,4 min manat (19,6% artım), faiz xərcləri 75,8 min manat (41,9% artım), xalis faiz gəliri 708,6 min manat (17,7% artım) təşkil edib.
Birinci rübdə bank aktivlər üzrə ehtiyatların yaradılmasına 18 min manat ayırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 dəfə azdır (160,4 min manat idi).
Hesabat dövründə İran bankı xarici valyuta əməliyyatları üzrə 375,7 min manat gəlir əldə edib. Bu ötən ilin eyni dövrü (127,3 min manat) ilə müqayisədə 3 dəfə artıqdır.
Birinci rübdə bankın inzibati xərcləri 416 min manat (17,5% artım) təşkil edib.
Nəticədə bank 2021-ci ilin 1-ci rübünü 614,4 min manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıqdır.
Hesabat dövründə Bankın cəmi aktivləri 7,5 milyon manat və ya 7,9% artaraq 101 milyon 161,4 min manat təşkil edib.
Aktivlərin artımı nağd vəsaitlərin (7 milyon manat artım), müştərilərə verilən kreditlərin (0,8 milyon manat), qiymətli kağızlara investisiyaların (0,8 milyon manat) və sair hesabına baş verib.
Bankın cəmi aktivləri isə 6,85 milyon manat və ya 12,1% artaraq 63 168 min manata yüksəlib. Artım maliyə institutlarının qarşısnıdakı öhdəliklərin (2 milyon manat artım) və müştəri hesbaslarındakı vəsaitlərin (6 milyon manat) hesabına baş verib.
1-ci rübün sonuna İran Bankının kipitalı 38 milyon manat təşkli edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 600 min manat artıq olsa da, 50 milyon manatlıq məcmu kapital tələbindən aşağıdır.
Səbəbi odur ki, İran bankının nizamnamə kapitalı 73,6 milyon manat olsa da, indiyədək 35,6 milyon manat yığılmış zərəri var.