AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edib.
Eləcə də bax: "AccessBank"ın vəziyyəti məlum oldu - HESABATI AÇIQLADI
FED.az xəbər verir ki, müvəqqəti sədr hazırda bankın qarşısında dayanan vəzifəələrin yerinə yetirildiyini bildirib. «Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelinin artırılmasıdır və biz bunun öhdəsindən uğurla gəlirik. Bank hər ay 4 mindən çox sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə bağlılığımızın əyani sübutudur».
Qeyd edək ki, 3-cü rübün nəticələrinə görə, Accessbank 917 min manat zərər edib, amma Yevgeniya Qaşikulina bildirib ki, zərər tədricən aradan qalxır: «İlin birinci yarısında yaranan zərəri üçüncü rübdə yarıya endirdik və onu ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik. Depozit portfeli, likvidlik göstəriciləri də sabit müsbət tendensiya göstərir. Əminik ki, pandemiyanın yaratdığı fəsadlar aradan qalxacaq və AccessBank iqtisadiyyata fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidini artırmağa davam edəcək».