Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankdan FED.az-a verilən məlumata görə, üçüncü rübün sonuna bankın aktivləri 944.9 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.8 milyon çoxdur. Rüblük artım isə 59 milyon manat təşkil edib.
Bankın ümumi portfeli 2020-ci ilin dekabr ayı ilə müqayisədə 70 milyon artaraq 572.2 milyon manat təşkil edib.
Kredit portfelinin 86%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 430.6 milyon manat kredit verilib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 164.3 milyon manat çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.
Bankın depozit portfeli üçüncü rübün sonunda 2020-ci ilin eyni dövrü ilə müqayisədə 72.3 milyon artaraq 678.7 milyon manat təşkil edib.
Bankın 2021-ci ilin üçüncü rübü üçün faiz gəlirləri 72.7 milyon manat təşkil edib.
Bank 3-cü rübü 917 min manat xalis zərərlə başa vurub.
Hazırda Bankın məcmu kapitalı 77.5 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 27.5 milyon manat artıqdır.
2021-ci ilin sentyabr ayının sonunda bankın ani likvidlik əmsalı 89.3% olub ki, bu da normadan (30%) 3 dəfə çoxdur.