Azərbaycanda bank sektorunun mənfəətdən vergiləri bu ilin 1 fevral vəziyyətinə 21,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 milyon manat və ya 3,5% çoxdur.
Ötən ilin 1 fevral vəziyyətinə bank sektorunun mənfəətdən vergiləri 22,7 milyon manat idi.