2025-ci ilin yanvarın 1-nə Azərbaycanda xarici kapitallı özəl banklarda kreditləşmə 6 milyard 973,9 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 94,6 milyon manat (1,4%), illik müqayisədə 1 milyard 60,4 milyon manat (17,9%) böyüyüb.
Xarici kapitallı özəl bankların ümumi kreditlərdə payı bu ilin yanvarın 1-nə 23,8%, ötən ilin dekabrın 1-nə 23,7%, yanvarın 1-nı isə 24,7% təşkil edib.
Qeyd edək ki,özəl bankların cəmi kredit portfeli ötən ilin dekabr 1-nə 6 milyard 879,8 milyon manatın, yanvarın 1-nə 5 milyard 913,5 milyon manat təşkil edib.