2025-ci ildə virtual kartların sayı 24,6% artaraq 2,3 mln. ədədə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Dövriyyədə olan ödəniş kartlarının 10,7%-ni məhz virtual kartlar təşkil edib.
2025-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2024-cü il ilə müqayisədə 19,3% artaraq 146,7 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25,6% artaraq 99,1 mlrd. manat olub.












