Azərbaycanda ödəniş kartlarının ümumi sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə ödəniş kartlarının ümumi sayı 15 milyon 939 min ədəd olub.
Bu da illik müqayisədə 2 milyon 745 min (20,8%) , aylıq müqayisədə 270 min ədəd (1,7%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə ödəniş kartlarının ümumi sayı 13 milyon 194 min ədəd, cari ilin sentyabrın 1-nə 15 milyon 669 min ədəd olub.