2023-cü ilin 3-cü rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,8 faiz artıb (102,8% təşkil edib).
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bundan başqa, qiymət indeksi göstəriciləri ilkin mənzil bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,8 faiz artıb.
Mənzil bazarında qiymət indeksi 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin yanvarsentyabr aylarına nisbətən 10%, ilkin mənzil bazarı üzrə 8 faiz, təkrar mənzil bazarı üzrə 10 faiz artıb.