Azərbaycanda bank işçilərin sayında son bir ayda 240 nəfərə yaxın azalma qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Belə ki, cari ilin oktyabr ayında bank işçilərin sayında 23 292 nəfər olub.
Bu da aylıq 238 nəfər (1%) az, illik isə 990 nəfər (4,4%) çoxdur.
Keçən ay bank işçilərinin ümumi sayı 23 530, ötən ilin oktyabr ayında 22 302 nəfər olub.