2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarında hüquqi şəxslərin depozitləri 20 818,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Hüquqi şəxslərin depozitlərinin 3 977,6 milyon manatı müddətli, 16 833,2 milyon manatı isə tələbli depozitlərdir.
Hüquqi şəxslərin ümumi əmanətləri 116,7 milyon manat (0,6%) azalıb, müddətli depozitləri 1527,4 milyon manat (62,3%) artıb, tələbli depozitləri isə 1 652,1 milyon manat (8,9%) azalıb.
Məlumat üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə ümumi əmanətlər 20 935,5 milyon manat, müddətli depozitlər, 2 450,2 milyon manat, tələbli depozitlər isə 18 485,3 milyon manat həcmində olub.