2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 12 271,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Fiziki şəxslərin depozitlərinin 6 597,7 milyon manatı müddətli, 5 673,4 milyon manatı isə tələbli depozitlərdir.
Fiziki şəxslərin ümumi əmanətləri 1 015 milyon manat (9%), müddətli depozitləri 623,7 milyon manat (10,4%), tələbli depozitləri isə 390,8 milyon manat (7,4%) artıb.
Məlumat üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə ümumi əmanətlər 11 256 milyon manat, müddətli depozitlər, 5 974 milyon manat, tələbli depozitlər isə 5 282,6 milyon manat həcmində olub.