Bir qədər əvvəl rəhbərliyində dəyişiklik olan «Premium Bank» 3-cü rüb üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ilin ilk 9 ayında bankın faiz gəlirləri 29,9 milyon manat, faiz xərcləri 8,9 milyon manat təşkil edib.
Eləcə də bax: Daha bir bank maliyyə vəziyyətini açıqladı – 5 DƏFƏYƏ YAXIN ZƏRƏR
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15,8 milyon manat, qeyri-faiz xərcləri 24 milyon manat təşkil edib.
Nəticədə dövr üzrə bankın əməliyyat mənfəəti 12,4 milyon manat olub. Daha 155 min manat isə aktivlər üzrə mümkün zərərlərə ehtiyat ayırmalardan qaytarılıb. Bununla da «Premium bank»ın vergiyə qədərki mənfəəti 12,6 milyon manat təşkil edib.
1,5 milyon manat vergi ödənişindən sonra sonra bankın xalis mənfəəti 11,1 milyon manat təşkil edib.
Bu dövrdə bankın cəmi aktivləri 576,4 milyon manat, kredit portfeli 493,5 milyon manat, öhdəlikləri 446 milyon manat, cəmi kapitalı isə 130,4 milyon manat təşkil edib.