“Pakistan Milli Bank”ının Bakı filialının maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, bankın bu ilin 9 ayının nəticələrinə görə, cəmi aktivləri 10 milyon 425 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 320 min manat və ya 2,98% azdır.
Eləcə də bax:"Azərbaycan Sənaye Bankı"nın aktivləri - AZALIB
Bankın bu il cəmi öhdəlikləri 582,38 min mant təşkil edib. Ötən il bu göstərici 2,48% azdır.
Bankın cəmi kapitalı bu ilin 9 ayında 9 milyon 843 min manat təşkil edib ki, bu da ötən ilin eyni dpövrü ilə müqayisədə 305 min manat və ya 3,10% azdır.
Bu il bank müştərilərinə 923 min manat kredit verib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,12% azdır.
Bu ilin 9 ayında Pakistan Milli Bankının Bakı filialının cəmi gəlirləri 300 min manat, cəmi xərcləri isə 647 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 347 min manat əməliyyat zərəri yaranıb. Ehtiyatın 50 min manatının azad olması bankın zərərini 297 min manat endirib.
Qeyd edək ki, ötən il bank 63 min manat zərər etmişdi. Ötən ilin 9 ayı ilə müqayisədə bu il “Pakistan Milli Bank”ının Bakı filialının zərəri 4,7 dəfə çox olub.